Basketbol Liqasında 28-ci turun ilk oyununda “Sərhədçi” və “Gəncə” qarşılaşıb.

Oyunun birinci periodu bərabər mübarizə şəraitində keçsə də, meydan sahibləri 20:18 hesabı ilə irəli çıxıblar. İkinci hissədə təziqi atrıran Gəncə basketbolçuları hesabı xeyirlərinə dəyişiblər və böyük fasiləyə 45:38 hesabı ilə öndə yollanıbalar. Növbəti periodlarda da təşəbbüsü əldən verməyən Qərb təmsilçisi yekunda 102:85 hesabı ilə qalib gəlib. Görüşün ən məhsuldar basketboçusu 28 xal və  9 asistlə “Gəncə” klubunun üzvü Kollin Törner olub.  Bu qələbə sayəsində xallarının sayını 48-ə çatdrıan “Gəncə” ilk pilləyə yüksəlib. Xatırladaq ki, “Gəncə” ilə yanaşı, “Sabah” NTD və  “AAAF Xırdalan” pley ofa vəsiqəni təmin edib.